“Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə klubun qış fasiləsində transfer planının olmadığını açıqlayıb.
Korner.az-ın məlumatına görə, klub rəsmisi komandanın qışda keçəcəyi hazırlıq dövrü ilə bağlı məlumat verib:
“Qış transfer dövründə heç bir transfer olmayacaq. Komandamız fasilədən sonra da eyni heyətlə yoluna davam edəcək. Məlum olduğu kimi, yanvarın 12-dən 27-nə kimi Antalyada hazırlıq dövrü keçəcəyik. Bu müddət ərzində 4 hazırlıq oyunumuz olacaq. Bunlardan 3-nün hansı kluba qarşı olacağı artıq dəqiqləşib. Albaniyanın “Partizani”, Türkiyənin “Fənərbaxça” və Qazaxıstanın “Aktobe” klubları “Neftçi” ilə hazırlıq matçı keçirəcəklər. 4-cü klubun adı isə hələki məlum deyil”.
qafqazinfo.az
