Gündoğan İtaliya yolunda
20.12.2024 , 17:55
“İnter” “Mançester Siti”də çıxış edən İlkay Gündoğanla maraqlanır.
Korner.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Xəbərdə, İtaliya klubunun “şəhərlilər” ilə müqaviləsi mövsümün sonunda başa çatacaq 33 yaşlı futbolçunu təmənnasız olaraq heyətinə qatmaq istədiyi bildirilib.
Bu mövsüm “Mançester Siti”nin heyətində 22 matçda meydana çıxan İlkay Gündoğan 2 qol vurub, 1 məhsuldar ötürmə edib.
Mina Musayeva