Bu mövsüm ölkəmizi Avroliqada təmsil edəcək Bakının “İnter” klubu Avstriyada təlim-məşq toplanışını davam etdirir.
Korner.az-ın məlumatına görə, Tirol toplanışının beşinci günü 2 məşqdən ibarət olub.
Komanda dünən saat 10:30-da və 17:30-da məşqə çıxıb. Səhər keçirilən məşq isinmə hərəkətlərlə başlayıb, daha sonra “İnter”in futbolçuları fiziki tapşırıqları yerinə yetiriblər. Axşam məşqində isə oyunçular daha çox topla məşq ediblər və ikirəfəli oyun keçiriblər.