Yunanıstan millisinin baş
məşqçisi Fernandu Santuş “DÇ-2014″ün 1/8 finalında məğlub olduqları
Kosta-Rika ilə oyunla bağlı maraqlı fikirlər səsləndirib.
Qol.Az-ın İngiltərə mətbuatına
istinadən verdiyi məlumata görə, portuqaliyalı mütəxəssis bu məğlubiyyətdə bir
neçə futbolçusunun başlıca rol oynadığını bildirib.
Santuş bəzi futbolçularının şəxsi
maraqlarını güddüyünü, qolu məhz özlərinin vurmaq istəmələrinin məğlubiyyətə
gətirib çıxardığını deyib: “Komandada 2-3 futbolçu var idi ki, onlar
Kosta-Rika ilə vacib oyunda tarixi qolu vurmaq istəyirdilər. Bu isə tez-tez
meydanda səhvlərə gətirib çıxarırdı”.
Qeyd edək ki, əsas vaxtı 1:1
hesabı ilə başa çatan Kosta-Rika – Yunanıstan matçının qalibi penaltilər
seriyasında müəyyənləşib. Burada daha dəqiq oynayan (5:3) Kosta-Rika yığması
1/4 finala adlayıb.
