“Gün gələcək, “Qarabağ” doğma yurduna köçəcək” – Maksim Medvedev
03.11.2020 , 10:17

“Biz yalnız belə bir çətin dönəmdə Azərbaycan xalqına, torpaqlarımızı azadlığı uğrunda vuruşan əsgərlərimizə dəstək olmaq istədik”.
Korner.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın kapitanı Maksim Medvedev Avropa Liqasının pley-off mərhələsində Polşa “Legiya”sına 3:0 hesabı ilə qalib gəldikdən oyundan sonra əsgər salamı vermələri barədə “Reuters”ə danışarkən deyib.
O, Ağdam təmsilçisinin tezliklə doğma meydanda məskunlaşacağına inandığını bildirib: “İnşallh, gün gələcək, “Qarabağ” rəsmi olaraq doğma yurduna köçəcək. Oradakı oyunlara nə qədər insanın gəldiyinə və necə həvəsli olduqlarına inanmazsınız. İnsanlar hasarların üstünə çıxıb və oyuna oradan baxırdılar. “Qarabağ”ın azarkeş bazası ümummilli xarakter daşıyır. Çempionlar Liqasında qrupa düşən ilk yerli klubdur. Komanda Azərbaycanın çoxdan azad etmək istədiyi bölgəni təmsil edir”.
