Bu gün Topaz Premyer Liqasının 27-ci turunda “Qəbələ” – “İnter” qarşılaşması keçirilib – 4:3.
Korner.az-ın məlumatına görə, mükafatlandırma mərasimindən sonra müsahibə verən meydan sahiblərinin futbolçusu Rəşad Sadiqov klubun mövsüm ərzindəki çıxışını dəyərləndirib:
“Bəzi oyunlarda hakim səhvləri oldu. Ancaq özümüzün də səhvlərimiz var idi. Bəzi oyunlar oldu ki, qalib gəlməli idik. Gümüş medal şirin gəlmir. Çempionluğa oynayırdıq. Qızıl istəyirdik. Ümid edirəm ki, kubok finalında qalib gələcəyik”.
