Ölkə kubokunun finalından sonra istefa verdiyini bildirən və "Neftçi" rəhbərliyinin istefasını qəbul etdiyi kubun rəisi Güloğlan Cabbarov "ağ-qaralar"da yenidən işləyəcək.
Kornner.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, insidentdən sonra klubdan ayrıldığını bəyan edən Cabbarovun yeni işi rəsmi olmayacaq. Daha doğrusu ictimaiyyət bunu bilməyəcək. Lakin kağız üzərində Cabbarovun "Neftçi"nin işçisi olmayacağı dəqiqdi. Ancaq o, komandadan ayrılmayacaq və ona dəqiqləşdirə bilmədiyimiz bir vəzifə veriləcək.
***
"Neftçi" klubu az öncə Güloğlan Cabbarovun klubdan ayrılmadığı haqda saytımıza gedən xəbərə münasibət bildirib.
Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Korner.az-a bildirib ki, Güloğlan Cabbarov artıq 2 gündür ki, işə gəlmir və klubdan rəsmən ayrılıb.