Qazaxıstanın Almatı şəhərində keçirilən ağır atletika üzrə dünya çempionatında növbəti yarış günündə Azərbaycan milli komandasının üzvü Gülçin Əlizadə qüvvəsini sınayıb.
Korner.az-ın məlumatına görə, “Qazax-Zirvə” İdman Klubunun nümayəndəsi olan gənc atlet 53 kq çəki dərəcəsinin C qrupunda çıxış edib.
Gülçin birdən qaldırma hərəkətində 70 kq, təkanla qaldırma hərəkətində isə 90 kq nəticə göstərib. Əlizadə toplamda 160 kq-la C qrupunda 8-ci yeri tutub. Onun yekun sıralamadakı yeri bütün qruplarda mübarizə başa çatandan sonra məlum olacaq.
