Güləşçimizdən qızıl medal
18.04.2023 , 21:07

Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Korner.az xəbər verir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançı qitə birinciliyinin qalibi olub.
O, finalda türkiyəli Süleyman Atlıya 12:2 hesabı ilə qalib gələrək, Avropa çempionu olub.
