Güləşçimiz finalda məğlub oldu
21.04.2023 , 21:17
Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı davam edir.
Korner.az xəbərverir ki, bu gün iki qadın güləşçimiz medal görüşünə çıxacaq.
57 kq-da Jalə Əliyeva qızıl medal uğrunda ukraynalı rəqibi Alina Akobyaya məğlub olaraq, gümüş medalın sahibi olub.
53 kq-da Türkan Nəsirova bürünc medal uğrunda türkiyəli Zeynep Yetgillə güləşib və məğlub olaraq 5-ci yerə çıxıb.
65 kq-da Elis Manolova mübarizəyə 1/4 finaldan qoşulub və rumıniyalı İrina Rinqaciyə “tuş”la uduzub. Rəqib finala yüksəldiyi üçün Elis təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Manolova fransalı Kendra Daşerə məğub olub – 3:4.