Güləşçimiz erməniyə rəqib oldu
08.03.2022 , 16:46

Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı davam edir.
Korner.az xəbər verir ki, yarışın 2-ci günündə yunan-Roma güləşi üzrə millimizin son 2 üzvü mübarizəyə qoşulub.
Nihat Məmmədli (60 kq) 1/4 finalda macar Kriştian Keçkemetiylə qarşılaşıb. Titullu güləşçimiz rəqibini 5:1 hesabıyla məğlub edərək yarımfinala yüksəlib. Məmmədli finala vəsiqə qazanmaq üçün erməni Tiqran Minasyana qalib gəlməlidir. Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.
Adəm Hacızadə (72 kq) debütdə macar Atilla Toeşmaqiylə üz-üzə gəlib. Görüş gərgin mübarizə şəraitində keçib. Rəqib güləşçi ilk hissəni 7:0 hesabıyla öndə tamamlayıb. Həmyerlimiz ikinci hissədə bu xallardan 5-nin əvəzini çıxsa da, daha 2 xal qazanmağa vaxt çatmayıb – 5:7.
