Güləşçimiz erməniyə qalib gəlib, Avropa çempionu oldu
12.03.2022 , 21:10
Azərbaycanın sərbəst güləşçisi Zirəddin Bayramov Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.
Korner.az xəbər verir ki, 65 kq çəki dərəcəsində çıxış edən idmançı finalda Ermənistan təmsilçisi Qraçya Marqaryana 4:1 hesabı ilə qalib gəlib.
57 kq-dakı Tofiq Əliyev İvaylo Tisovu (Bolqarıstan) məğlub edərək bürünc medala sahib çıxıb.