Güləşçimiz dünya çempionu oldu!
27.10.2018 , 11:18

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında qızıl medal qazanıb
Finalda Jolaman Şarşenbekova (Qırğızıstan) elə ilk hissədə gücünü göstərən (10:0) idmançımız dünya çempionu olub.
Bu, Əzizlinin karyerasında ilk dünya çempionluğudur.
Qeyd edək ki,bu gün daha bir yunan-Roma güləşçimiz Rəsul Çunayev bürünc medal uğrunda yarışacaq.
