Güləşçimiz dünya çempionu oldu
19.10.2022 , 22:11

Azərbaycanın yunan-Roma güləşçisi Qurban Qurbanov İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında qızıl medal qazanıb.
Korner.az xəbər verir ki, -72 kq-da mübarizə aparan Qurbanov finalda xorvatiyalı Pavel Puklaveçə 8:2 hesabıyla qalib gəlib.
Bundan əvvəl Nihad Quluzadə (55 kq) və Nihad Məmmədli (60 kq) gümüş medal qazanıb.
