Güləşçimiz Avropa çempionu oldu
09.03.2022 , 21:07

Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatı davam edir.
Korner.az xəbər verir ki, Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli final görüşünə çıxıb.
O, 60 kq çəki dərəcəsində rəqibi gürcüstanlı İrakli Dzimistraişvilini 10:0 hesabı ilə məğlub edərək, Avropa çempionu olub.
