Güləşçimiz Avropa çempionu oldu
23.04.2023 , 20:41

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.
Korner.az xəbər verir ki, o, həlledici qarşılaşmada gürcüstanlı Coni Xetsuriani ilə üz-üzə gəlib.
İdmançımız rəqibinə 3:2 hesabı ilə qalib gələrək Avropa çempionu olub.
