Heydər Əliyev adına İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir başa çatıb.
Korner.az-ın məlumatına görə, 4 gün davam etmiş yarışda Azərbaycan yığma komandası 16 qızıl, 14 gümüş və 23 bürünc medal qazanıb.
Bakıda keçiriləcək I Avropa Oyunlarının güləş yarışlarına test xarakteri daşıyan turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Ukrayna, İran, Özbəkistan, Gürcüstan, Slovakiya, Türkmənistan, Macarıstan, Qazaxstan, Qırğızıstan, Rusiya, Belarus və Türkiyə güləşçiləri olmaqla, ümumilikdə 13 ölkədən 500-ə yaxın idmançı mübarizə aparıb.
