Fransanın paytaxtı Parisdə keçirilən güləş üzrə dünya çempionatı 1 qızıl və 1 bürünc medal qazanan sərbəst güləş yığmamız ötən gecə vətənə qayıdıb.
Pəhləvanlarımızı Heydər Əliyev Beynəlxalq Hava Limanında Güləş Federasiyasının rəsmiləri, yığma komandanın məşqçiləri, idmançıların ailə üzvləri və KİV nümayəndələri qarşılayıb.
Sərbəst güləş yarışlarında 61 kq-da mübarizə aparan Hacı Əliyev qızıl medal və sərbəst güləş tarixində ilk üçqat Dünya çempionu adını qazanıb. Aslanbek Alborov (97 kq) isə çempionatı bürünc medalla başa vurub.
