İran
İslam Respublikasının Kirmanşah şəhərində sərbəst güləş üzrə böyüklər arasında
Dünya Kuboku yarışları start götürüb.
Korner.az-ın
məlumatına görə, bu haqda Azərbaycan Güləş Federasiyasının rəsmi saytı (awf-az.org) xəbər yayıb.
Püşkatmanın
nəticəsinə əsasən, yığma komandamız Rusiya, Gürcüstan və ABŞ idmançıları ilə A
yarımqrupunda mübarizə aparır.
İlk
görüşdə Rusiya idmançıları ilə qarşılaşan güləşçilərimiz görüşü 4-4 hesablı bərabərliklə
bitirib. Ancaq xalların keyfiyyətinə görə 32-29 öndə olan yığmamız görüşü qalib
başa vurub.
