“Sərhədçi” İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir start götürüb.
Korner.az-ın məlumatına görə, turnirdə Azərbaycanla yanaşı, Belarus, Ukrayna, Özbəkistan, Qırğızıstan, Gürcüstan, İran, Bolqarıstan, Rusiya, İraq, Türkiyə və Qazaxstan pəhləvanları mübarizə aparır.
İlk yarış günündə yunan-Roma güləşi üzrə 90 yeniyetmə pəhləvan yarışır.
Turnirin rəsmi açılış mərasimi bu gün saat 17:00-da baş tutacaq. Final görüşləri İdman Azərbaycan kanalından canlı yayımlanacaq.
Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaq.
