Güləş

Güləş Federasiyasında növbədənkənar seçki keçirildi

10.04.2022 , 12:44

Bu gün Azərbaycan Güləş Federasiyasının növbədənkənar seçki Ümumi Yığıncağı keçirilib.

Korner.az xəbər verir ki, federasiyasının prezidenti Mikayıl Cabbarovun sədrliyi altında keçirilən tədbirdə AGF-nin üzvləri iştirak edib. Yığıncaqda Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinə yeni üzvlər səsvermə yoluyla seçilib. Sərbəst güləş üzrə olimpiya çempionu Namiq Yadulla oğlu Abdullayev, yunan-Roma güləşi üzrə olimpiya çempionu Fərid Salman oğlu Mansurov və Vasif Vaqif oğlu Məmmədov İK-ya üzv seçilib.

Beləliklə, Azərbaycan Güləş Federasiyasının 5 nəfərdən ibarət İcraiyyə Komitəsinin tərkibi aşağıdakı kimi formalaşıb:

1. Mikayıl Cabbarov – Azərbaycan Güləş Federasiyasının prezidenti

2. Namiq Əliyev – Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti

3. Namiq Abdullayev – Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü

4. Fərid Mansurov – Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü

5. Vasif Məmmədov – Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü

İK-nın yeni üzvü Vasif Məmmədov daha öncə Təhsil Nazirliyində məktəbdənkənar təhsil şöbəsinin müdiri vəzifəsində çalışıb.

Son yazılar

Yuxarı