Türkiyə Güləş Federasiyası “Recep İvedik 5” filminin reklam çarxındakı bəzi epizodlarla bağlı bəyanat yayıb.
Korner.az-ın məlumatına görə, qurum güləşi gülüş obyektinə çevirdikləri üçün filmi ərsəyə gətirənləri şiddətlə qınadığını bildirib.
Bəyanatda filmdə güləşin əxlaqdan uzaq idman növü kimi nümayiş etdirildiyi, şərəf və hörmətin alçaldıldığı qeyd olunub. Bu cür addımın güləşi ictimaiyyətin gözündən saldığı yazılıb.
Federasiya güləşlə bağlı epizodun idman qaydalarına uyğun nümayiş etdirilməsini və ya həmin hissənin filmdən çıxarılmasını tələb edir, əks təqdirdə, hüququ yollara baş vurulacağını bildirir
