Dünən "Qarabağ" ilə oyunda heç-heçə edən "Rəvan" komandasının qələbəsizlik seriyası davam etdirdi. Komandanın baş məşqçisi Cevat Gülər matçdan sonra oyundan razı, qazandıqları nəticələrdən isə narazı qaldığını demişdi.
Korner.az-ın məlumatına görə, bu nəticələr klub rəhbərliyini də qane etməyib və türkiyəli çalışdırıcı istefaya göndərilib.
Klubun mətbuat katibi Anar Mustafayev xəbəri təsdiqlədi və istefaya səbəb olaraq məşqçinin klub rəhbərliyinin etimadını doğrultmadığı üçün komandadan göndərildiyini bildirdi.
"Rəvan" klubunun baş məşqçisi postuna Bəhmən Həsənov gətirilib.