Premyer Liqanın 19-cu turu çərçivəsində keçirilən "Xəzər Lənkəran" – "İnter" matçının ardından Cənub təmsilçisinin "Green Gate 2" fan qrupunun 5 üzvü polis tərəfindən bölməyə aparılıb.
Korner.az-ın məlumatına görə, buna səbəb həmin azarkeşlərin oyunun sonlarına yaxın fakel yandırmalarıdı.
"Green Gate 2"nin ən fəallarından olan Cavid saytımızla əlaqə saxlayaraq fan qrupunun 5 üzvünün tutulma səbəbini açıqladı:
"Oyundan əvvəl pankartları içəri keçirəndə mühafizəçilər bizi gözlətdilər. Yoxlamalı idilər və sonra şəkilini də göstərdik pankartın.
Oyunun sonlarına yaxın hesab 3-2 olanda 3 ədəd fakel yandırıldı. Mühafizəçilər bizə qarşı güc tətbiq etdilər. Polislər fakelləri əlimizdən alıb yerı atdılar. Sonra yuxarıdan kimsə fakeli yerə atdı. Fakel oturacağı, pankartı yandırdı. Bundan sonra bizim 5 üzvümüzü bölməyə apardılar. 3 sutka həbs verdilər.
Mənə maraqlısı odur ki, Azərbaycanda dəfələrlə fakel yanıdırlıb.buna görə 3 sutka iş kimə veriblər? Niyə klubun mətbuat xidməti bəyanat vermir və ümumiyyətlə maraqlanmır bu vəziyyətlə?!"