Gözünə görə karyerasını dayandırdı
13.02.2020 , 19:47

“Benfika”nın futbolçusu Qabriel karyerasını dayandırıb.
Korner.az xəbər verir ki, buna səbəb 26 yaşlı yarımmüdafiəçinin görməsində problem yaranması olub.
Gözündən şikayətlənən futbolçu, həkimlər tərəfindən müayinə olunduqdan sonra Qabrielin beyin sinirlərində problem olduğu ortaya çıxıb.
Futbolçunun həkim nəzarətində olacağı və problemlərin həllindən sonra yenidən futbola başlayacağı bildirilib.
