İspaniya Futbol Federiyası “Barselona”nın hücumçusu Luis Suaresi cəzalandırıb.
Korner.az-ın məlumatına görə, buna səbəb uruqvaylı futbolçunun “Espanyol”a 4:1 hesabı ilə qalib gəldikləri kubok matçında hərəkəti səbəb olub.
Təcrübəli forvardın rəqib futbolçuları təhqir etməsi matçın baş hakiminin diqqətindən yayınmayıb. Nəticədə federasiya Suaresi iki oyunluq cəzalandırıb. Bu cəza yalnız İspaniya kuboku oyunlarına şamil ediləcək.
