Braziliyada keçirilmiş Dünya çempionatının final oyununda Argentina millisinin qapısından qələbə topunu keçirən alman futbolçu Mario Götzenin həmin qarşılaşmada geyindiyi butslar iki milyon avroya satılıb.
Korner.az-ın məlumatına görə, Mario ötən həftə butslarını bir növ hərraca qoyub.
Elan edilib ki, onun sahibi ağır xəstəliklərdən əziyyət çəkən uşaqlara kömək göstərən “Ein Herz für Kinder” xeyriyyə fondunun keçirdiyi xüsusi tədbir çərçivəsində xeyriyyəçiliyə ən yüksək məbləğdə ianə verən şəxs olacaq.
Götze hərracın yekunlarını belə şərh edib: “Bu, ağlasığmazdır. Heç yuxuma da gəlməzdi. İki milyon – bu, çox böyük məbləğdir”.
Xatırladaq ki, dünya birinciliyinin həlledici oyununda 88-ci dəqiqədə meydana çıxsan Götze (113-cü dəqiqədə) cənubi amerikalıları məyus etmişdi.
