Almaniya millisinin futbolçusu Mario Götze “Bavariya”dan ayrılıb.
Korner.az-ın “Borussiya”nın rəsmi saytına istinadən verdiyi məlumata görə, futbolçu yenidən Dortmund “Borussiya”sının şərəfini qoruyacaq.
Götze qarşılığında “sarı qaralar” əks düşərgəyə 23 milyon avro ödəyiblər.
Qeyd edək ki, təcrübəli hücumçu 2009-2013-cü illər arasında “Borussiya”da forma geyinib.
