Rumıniyanın “Petrolul” klubunun baş məşqçisi Kosmin Kontra "Simurq"la yoldaşlıq görüşündən sonra fikirlərini bildirib.
Korner.az-ın məlumatına görə, təcrübəli mütəxəssis komandasının 2:1 hesablı qələbəsini belə şərh edib:
"Komandamın oyunundan razı qaldım. “Qəbələ”yə uduzduğumuz qarşılaşma ilə müqayisədə müşayiət olunan irəliləyişdən özümü xoşbəxt sayıram. Əslində, mən "Simurq"la oyunda bunu gözləyirdim də.
Çünki hazırlıqlarda bir az dəyişiklik etməklə futbolçularda müsbət yenilənmə hiss etdim. Bu qarşılaşmada qələbəyə layiq idik. Görüşün əvvəlindən sonuna kimi meydanda biz dominantlıq edirdik”.