Rumıniyanın dördüncü divizionunda maraqlı hadisə baş verib.
Korner.az-ın məlumatına görə, “Çisoda” – “Unirya” matçının gedişində hüquq mühafizə orqanlarının əməkdaşları stadiona girərək bütün futbolçular və məşqçilər heyətinin yerə uzanmasını tələb edib. Buna səbəb isə adı açıqlanmayan bir futbolçunun həbs edilməsi olub.