İspaniyanın ən çox satılan idman qəzeti “Marca” “Qalatasaray”ın kot d`ivuarlı ulduzu Didye Droqbanı əcaib heyvana bənzədib.
Korner.az-ın məlumatına görə, nəşr bugünkü matçla bağlı verdiyi xəbərdə Droqbanın fotosunu yerləşdirib və altında “adamyeyən nəhəng” anlamına gələn “ogre” yazıb.
Manşetə isə baş məşqçi Karlo Ançelotti, qapıçı İker Kasillas, Kriştiano Ronaldo və Qaret Beylin fotoşəkilini yerləşdirən qəzetin baş yazısına “Şan və şərəf üçün seçilmişlər” başlığını verib.
