“Gördüyümüz problemləri aradan qaldırmağa çalışacağıq” – Sənan Qurbanov
27.10.2018 , 22:35

“Oyuna ciddi hazırlaşmışdıq. Bir qədər təzyiq altındayıq. İlk hissədə iki standart vəziyyətdən sonra qol buraxdıq. Çalışacağıq, səhvlərimizin üzərində işləyəcəyik. İkinci hissədə daha xoş təsir bağışladıq”. Bu sözləri “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov Topaz Premyer Liqasının IX turunda “Sumqayıt”la səfərdə heç-heçə etdikləri oyundan sonra deyib.
O, komandada gərginlik olduğunu bildirib, müdafiədəki boşluqları bununla əlaqələndirib: “Neftçi” ilə oyundakı qələbədən sonra komandada bir qədər gərginlik var idi. Bu da tələskənliyə səbəb olurdu. Müdafiədəki boşluqları gərginliklə əlaqələndirərdim. Gördüyümüz problemləri aradan qaldırmağa çalışacağıq”.
Qurbanov son dəqiqələrdə baş verən hadisələr barədə danışıb: “Əlbəttə, belə halların baş verməsini istəməzdik. İki oyunçumuz qırmızı vərəqə aldı. Bəhlul Mustafazadənin qırmızı vərəqə aldığı epizoda baxmaq lazımdır”.
