Hər il təşkil edilən və dünyanın ən güclü 28 yaşdan yuxarı futbolçusunu seçən “Golden foot” müsabiqəsinin qalibi məlum olub.
Korner.az-ın məlumatına görə, Monakoda təşkil edilən tədbirdə mükafat Andres İnyestaya təqdim edilib. Maraqlıdır ki, namizəd onluğa qadın futbolçu da daxil ola bilmişdi. İnyestadan əlavə mükafata namizədlər aşağıdakılar idi:
Cristiano Ronaldo, Wayne Rooney, Manuel Neuer, Andrea Pirlo, Thiago Silva, Franck Ribéry,Yaya Touré Thierry Henry və Marta Vieira Da Silva.
