“Golden Boy” mükafatının sahibi məlum oldu
27.11.2019 , 16:27

“Golden Boy” (“Qızıl oğlan”) mükafatının sahibi məlum olub.
Korner.az xəbər verir ki, bu Atletiko” və Portuqaliya yığmasının futbolçusu Joau Felişdir.
20 yaşlı gənc hücumçu Matteys De Lixt (“Yuventus”, Niderland), Ansu Fati (“Barselona”, İspaniya), Erlinq Haland (“Zaltsburq”, Norveç), Vinisius Junior (“Real”, Braziliya), Rodriqo (“Real”, Braziliya) kimi futbolçuları qabaqlayıb.
Qeyd edək ki, qalib idman jurnalistlərinin səsverməsi ilə müəyyənləşib.
