“Golden Boy” mükafatının sahibi məlum oldu
21.10.2022 , 19:47

2022-ci il “Golden Boy” mükafatının sahibi məlum olub.
Korner.az xəbər verir ki, bu, “Barselona”nın yarımmüdafiəçisi Qavidir. Bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
“Golden Boy” mükafatı İtaliyanın “Tuttosport” nəşri tərəfindən Avropanın 21 yaşa qədər ən yaxşı gənc futbolçusuna verilir.
Mükafatın son qalibi “Barselona”nın 19 yaşlı yarımmüdafiəçisi Pedri olub.
Qavi bundan əvvəl 2022-ci lin ən yaxşı gənc futbolçusu seçilib.
