“Golden Boy” mükafatının sahibi məlum oldu
22.11.2021 , 17:20

“Golden Boy” mükafatının sahibi məlum olub.
Korner.az xəbər verir ki, ən yaxşı gənc oyunçu mükafatına “Barselona”nın futbolçusu Pedri layiq görülüb.
İtaliyanın “Tuttosport” nəşri İspaniya millisinin də üzvü olan 18 yaşlı yarımmüdafiəçini Avropanın 21 yaşadək olan ən yaxşı oyunçusu seçib.
Mükafatlandırılma mərasimi dekabrın 15-də Turində təşkil olunacaq.
