“Golden Boy” mükafatının sahibi kim olacaq?
16.04.2024 , 17:33

“Golden Boy” mükafatı üçün namizədlərin siyahısı məlum olub.
Korner.az xəbər verir ki, siyahıya “Barselona”nın 16 yaşlı oyunçusu Lamin Yamal liderlik edir.
İkinci yerdə “Benfika”dan Joao Neveş, üçüncü sırada isə “Mançester Yunayted”dən Alexandro Qarnaçonun adı var.
Uorren Zair-Emeri (PSJ), Leni Yoro (“Lill”), Savio (“Jirona”) və Kobbi Meynu (“Mançester Yunayted”) növbəti yerlərdə mövqe tutublar.
Ötən il bu mükafata “Real Madrid”in yarımmüdafiəçisi Cud Bellinqem layiq görülüb.
