“Golden Boy” mükafatına son namizədlər
21.11.2019 , 16:09

Avropanın ən yaxşı gənc futbolçusuna verilən “Golden Boy” (“Qızıl oğlan”) mükafatına son namizədlər bəlli olub.
Korner.az xəbər verir ki, bunlar Ceydon Sanço (“Borussiya”, Dortmund), Joao Feliks (“Atletiko”) və Kay Havertsdir (“Bayer”, Leverkuzen).
Qeyd edək ki, qalibin adı noyabrın 27-də açıqlanacaq.
