İcarə əsasında “Vest Hem” klubunun şərəfini qoruyan “Beşiktaş”ın futbolçusu Gökhan Törə evlilik yolunda ilk addımı atıb.
Korner.az-ın məlumatına görə, 24 yaşlı hücumçu məşhur aktrisa Əsra Bilgiç ilə nişanlanıb.
“Diriliş Ərtoğrul” serialında Ərtoğrul Qazinin həyat yoldaşı Halimə xatun obrazını canlandıran Bilgiç nişanlısının ona aldığı nişan üzüyünün fotosunu özünün tvitter hesabında paylaşıb.
Cütlük toy mərasimini 2017-ci ildə keçirməyi planlaşdırır.
