Adı "Beşiktaş"la hallanan Gökhan İnlər yeni klubu ilə münasibətlərini rəsmiləşdirib.
Korner.az-ın məlumatına görə, türk əsilli isveçrəli futbolçu bundan sonra İngiltərə Premyer Liqasında çıxış edəcək.
31 yaşlı yarımmüdafiəçi "Lester"lə 3 illik müqavilə imzalayıb. Britaniya klubu bu keçid üçün futbolçunun məxsus olduğu "Napoli"yə 7 milyon avro ödəyib.
