Bir müddət öncə quldurlar tərəfindən girov götürülən İtaliyanın “Leççe” klubunun futbolçusu Kristian Obodo xüsusi əməliyyat nəticəsində azadlığa çıxıb. Korner.az-ın məlumatına görə, Nigeriyada, bir kilsədə girov götürülmüş futbolçu hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində azadlığa qovuşub.
Hazırda danışmaq iqtidarında olmayan Oboda azadlığa çıxdığı üçün Allaha minnətdarlıq edib.
Qeyd edək ki, Kristian Obodo 2011-2012-ci il mövsümünü “Leççe”də icarə əsasında keçirib. Futbolçunun transfer hüququ 2005-ci ildən “Udineze”yə məxsusdur.
