Gimnastlarımız finalda
22.04.2023 , 14:32

Ölkəmizdə keçirilən bədii gimnastika üzrə dünya kubokunda qrup hərəkətləri üzrə komandalar arasında 5 halqa ilə hərəkətlərin icrasında finalçılar müəyyənləşib.
Korner.az xəbər verir ki, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə komandamızın üzvləri 5 halqa ilə hərəkətlərin icrasına görə finala adlayıblar.
Qeyd edək ki, gimnastların final çıxışları aprelin 23-də olacaq.
