Gimnastımızdan dünya kubokunda gümüş medal
23.02.2025 , 10:30

Almaniyanın Kottbus şəhərində idman gimnastikası üzrə Dünya Kubokunda ilk mərhələnin yarışları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycanın gimnastı Nikita Simonov halqalarla hərəkətdə finalda mübarizə aparıb.
Millimizin üzvü 2-ci yeri tutaraq gümüş medal qazanıb.
