Gimnastımızdan bürünc medal
21.05.2023 , 16:11

Ölkəmizdə bədii gimnastika üzrə keçirilən 39-cu Avropa çempionatında Azərbaycan yığma komandasının üzvü Zöhrə Ağamirova bürünc medal əldə edib.
Korner.az xəbər verir ki, o, top ilə hərəkətlərin icrasında 32,850 xal alıb və 3-cü olub.
Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunlarının iştirakçısı, Yay Universiadasının ikiqat gümüş mükafatçısı, lV İslam Həmrəyliyi Oyunlarının qalibi olan Zöhrə Bakı gimnastika məktəbinin yetirməsi olaraq Avropa çempionatında medal qazanan ilk azərbaycanlı gimnastdır.
