Gimnastımız Avropa Çempionatında finala yüksəldi
18.05.2019 , 18:00

Azərbaycanlı gimnast Zöhrə Ağamirova Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatında ikinci dəfə finala vəsiqə qazanıb.
Milli idmançı yarışın 3-cü günündə gürzlərlə hərəkətdə 20.800 xalla 6-cı olub və finala adlayıb. Azərbaycanın digər təmsilçisi Veronika Hudis isə 18.800 xalla 20-ci olub.
Qeyd edək ki, Ağamirova ikinci yarış günündə haqla ilə hərəkətdə də finala vəsiqə qazanıb. Həlledici çıxışlar mayın 19-da olacaq. (Report.az)
