big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Geyinin-kecinin, gəlin..!

15.04.2012 , 20:12

 

Gözümüz aydın…  Millimizdə Foqts şousu davam etməkdədir. Bu dəfə də Fələstinin futbol tarixinə qızıl hərflərlə düşdük. Sizə elə-belə gəlməsin, dünyanın 162-si bizi məğlub etməklə son İran məğlubiyyətini (0:7) acından ölən vətəndaşlarına az-çox unutdura bildi.

Lakin biz də Dubayda tarix yazdıq. Tariximiz ərzində heç vaxt qarşılaşmadığımız Fələstinə, Sinqapura "dişimizi" göstərə bilmədik. Ancaq bu gün İraq millisi Sinqapurun futboldan hələ anlamadığını başa saldı – 7:1.

Çox belə nəticələr olacaq… Biz savab iş görməkləmi məşğuluq? Bəyəm qələbəyə həsrət yığmaları sevindirmək Foqts və onun simasındakı millimizəmi qalıb? Elədisə, bu yolla biz daha çox pullar qazana bilərik… Malta, Lixtenşteyn, Lüksemburq və ya digər yığmalarla oyunda favorit göstərilən millimiz bukmeyker kontorlarına oynayaraq cibinə rəng qatmış olar.

Dubay toplanışı pulları havaya sovurmaqdan (onsuz da sovurulur), Foqts və bəzi özündənrazı futbolçularımız üçün səyahətdən savayı bir şey olmadı.

Futbolçularının ümumi dəyəri 8.984.500 manat olan (“transfermarket”in dəyərləndirməsinə görə) Foqtslu milli özündən üç dəfə ucuz olan (2.737.000 manat) bir yığmaya məğlub oldu. Bilirsinizmi ki, 0:2 hesabı ilə məğlub olduğumuz Fələstinin ən bahalı futbolçusu Abdelatif Bahdari (300.000 manat) Rail Məlikova həsəd aparır (900.000 manat)?

Bəli, deyə bilərsiniz ki, bu bir yoxlama oyunu idi və nəticə əsas deyil. Lakin biz İspaniya, Braziliya, Almaniya kimi qələbədən bezmiş millilərdən deyilik. Biz hər dəfə stadiona: "görəsən neçənci dəqiqədə qol buraxarıq” və ya “yəni heç-heçə edə bilərikmi?” deyən milli komandanın azarkeşləriyik. Bizə nəticə, heç olmasa gözəl oyun lazımdır Foqts!!!

Əgər sən və ətrafın bacarmırsa, get Münhenə, “Bavariya”nın oyununa bax. Yox, əgər hələ də qalıb Azərbaycan azarkeşinin hissləri ilə oynayacaqsansa, çox “təriflər” eşidəcəksən.

Bu məğlubiyyətdən sonra AFFA başbilənlərinin, Berti Foqtsun və ümumilikdə Dubay “qəhrəmanları”nın yenə danışmağa bəhanəsi, sözü olacaq.

Ancaq tarixə bəhanə deyil, nəticə düşür…

Sonda onu da qeyd edim ki, bədnam qonşumuz Ermənistan Kanadanı 3:1 hesabı ilə məğlub edib. Bizim millimiz Sinqapur yığması ilə heç-heçə oynayanda (2:2) Ermənistan Avropanın nəhəng klublarında forma geyinən Serbiyaya məğlub olmuşdu.

Dubay səyahəti bitdi… Geyinin-kecinin, gəlin..!

Son yazılar

To Top