Getməyinə az qalmış cərimələndi
07.08.2018 , 18:27

“Çelsi”dən “Real”a keçidi gündəmdə olan Tibo Kurtua cərimələnib
Səbəb isə, futbolçu ikinci dəfə məşqdə iştirak etməyib.
BBC-nin yaydığı məlumata görə, belçikalı qapıçı hələ də London klubunun düşərəsinə qayıtmayıb. Buna görə də, məşqdə iştirak edə bilməyən 26 yaşlı qolkiper klub tərəfindən 200 min funt-sterlinq məbləğində cərimələnib.
Qeyd edək ki, “Çelsi”nin yeni baş məşqçisi Mauritsio Sarri yalnız layiqli əvəzləyici tapacaqları halda Kurtuanı “Real”a satacaqlarını açıqlayıb.
