Geryenin yeni klubu məlum oldu
15.11.2021 , 18:45

“Qarabağ” və “Neftçi”nin sabiq futbolçusu Donald Geryenin yeni klubu bəlli olub.
Korner.az xəbər verir ki, haitili yarımmüdafiəçi karyerasını Polşanın “Veçista” komandasında davam etdirəcək.
Gerye ilə cari mövsümün sonunadək müqavilə imzalanıb. 32 yaşlı oyunçu yeni komandasında 96 nömrəli formada çıxış edəcək.
Donlad Gerye 2017-2019 və 2020-2021-ci illərdə “Qarabağ”da, 2019-2020-ci il mövsümündə isə “Neftçi”də çıxış edib.
