“Qarabağ”ın futbolçusu Vild-Donald Gerye İtaliya klubları ilə danışıq aparması ilə bağlı yayılan xəbərləri təkzib edib.
Haitili futbolçu şəxsi “instagram” hesabında haqqında yayılan xəbərlərə münasibət bildirib. 29 yaşlı “Qarabağ”la müqaviləsinin olduğunu və gələn mövsümdə də Ağdam təmsilçisinin uğurları üçü çalışacağını bəyan edib.
Qeyd edək ki, “Qarabağ”a ötən il “Alanyaspor”dan keçən Vild-Donald Geryenin Azərbaycan çempionu ilə müqavilə müddəti gələn ilin yayında başa çatır.
