Gerye “Qarabağ”da
01.07.2020 , 20:38

“Neftçi”dən ayrılan Donald Gerye sabiq klubu “Qarabağ”a qayıdıb.
Korner.az xəbər verir ki, futbolçu bu barədə şəxsi “İnstagram” səhifəsində paylaşım edib. O, “Qarabağ” formasında şəklini paylaşaraq, bu sözləri yazıb:
“Evin sehrli tərəfi ayrılmağın yaxşı, geri dönməyin daha da yaxşı hiss etdirməsidir. Geri qayıtdım. Anlaşma tamamdı”.
Qeyd edək ki, 31 yaşlı müdafiəçi 2017-2019-cu illərdə “Qarabağ”ın formasını geyinib.
